
2 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində “Azərfon” MMC-nin Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə iddianı təmin edib.
Qeyd edək ki, “Azərfon” MMC-nin iddiası xidmət tərəfindən tərtib edilən aktın və qərarın ləğv edilməsi olub.
Onu da qeyd edək ki, qərardan narazı qalan xidmət apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

