Ramiz Əzizbəylinin səhhəti necədir? - Açıqlama
Tarix: 16-12-2015, 11:35 | Çap et
Ramiz Əzizbəylinin səhhəti necədir? - Açıqlama
Ötən gün səhhəti pisləşən xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti hazırda stabildir.

Bu barədə AzVision.az-a aktyorun qızı Cəlalə Əzizbəyli məlumat verib.

O, bildirib ki, Ramiz Əzizbəyli ilə bağlı son günlər mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Soruşmadan, maraqlanmadan , bilmədən nə gəldi yazırlar. Atamın vəziyyəti hazırda stabildir. Ev şəraitində müalicəsini davam etdirir. Vəziyyəti o qədər də yaxşı deyil. Həkim nəzarətindədir”.

C.Əzizbəylinin sözlərinə görə, xalq artisti insult keçirəndən sonra danışığında problem yaranıb: “Atam danışanda çətinlik çəkir. Amma fikirləri ifadə edə bilir. Ona prezident təqaüdü verilir. Bu pulla özünü müalicə etdirir”-deyə Cəlalə Əzizbəyli bilidirb.

Qeyd edək ki, iki gün bundan öncə mətbuatda xalq artisti Ramiz Əzizbəylinin vəziyyətinin ağırlaşdığı və onun xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi haqqında məlumat yayılmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net