Rusiyanın Gümrüdəki keçmiş komandanı Luqanskda üzə çıxdı
Tarix: 15-12-2015, 16:53 | Çap et
Rusiyanın Gümrüdəki keçmiş komandanı Luqanskda üzə çıxdı
Rusiya ordusunun polkovniki, bundan əvvəl Ermənistandakı 102-ci hərbi bazanın komandanı olmuş Andrey Ruzinski Ukraynanın Luqansk vilayətində separatçıların 2-ci ordu korpusunda briqada komandiridir.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Məlumata görə, polkovnik Ruzinski Andrey Yuryeviç Rusiyanın Luqanskdakı işğalçı qüvvələrinin 2-ci motoatıcı briqadasına komandirlik edir.

Onun bundan əvvəlki xidmət yeri Ermənistandakı 102-ci Rusiya hərbi bazası olub. Ruzinski 102-ci bazanın Qarabağda mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın tərəfində döyüşəcəyinə dair bəyanat verərək Moskva-Bakı münasibətlərində gərginliyə səbəb olmuşdu. O, 102-ci bazanın əsgəri Permyakovun erməni ailəsini qətlə yetirməsi qalmaqalına görə vəzifəsindən azad edilib. Daha sonra Ukraynaya ezam edilib.

Ukrayna kəşfiyyatı bildirir ki, Ruzinski Luqanskda yaxşı nəticələr göstərdiyi üçün korpusda qərargah rəisi təyin olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net