
Bu gün Bakı bulvarında özünü dənizə atan qadının şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, saat 13:15 radələrində özünü dənizə atan qadın 1957-ci ildə anadan olmuş, Badamdar qəsəbə sakini Abdulova İrina Nuru qızıdır (ad və soyad şərtidir). O, Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzinin yaxınlığında özünü dənizə atıb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, İ.Abdulova ruhi-əsəb xəstəsidir. 58 yaşlı qadın bu ilin aprel ayınadək Maştağa qəsəbəsindəki ruhi-əsəb xəstəxanasında müalicə olunub. Hazırda yenidən müalicəsini davam etdirmək üçün müraciət edib. Lakin ondan həkim göndərişi tələb olunub. Qadın da həkim bildirişi ala bilmədiyi üçün özünə qəsd etmək istəyib.
*****
14:10
Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veribər.

