Fuad Qəhrəmanlı həbs qərarından narazıdır
Tarix: 9-12-2015, 13:33 | Çap et
Fuad Qəhrəmanlı həbs qərarından narazıdır
Dövlət əleyhinə çağırış etməkdə təqsirləndirilərək Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı çıxarılan qərardan narazıdır. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, artıq qərardan apelyasiya şikayəti hazırlanıb: "Bu gün şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim ediləcək. Fuad Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir. Fuad Qəhrəmanlı isə bu ittihamlarla razılaşmır və sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyir. Buna görə də o, qərardan apelyasiya şikayəti verib".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net