
"Cәnab Uorlik vә digәr hәmsәdrlәr bu il әrzindә prezidentlәri bir araya gәtirmәk vә münaqişәnin hәllindә irәlilәyiş әldә etmәk üçün sәylәrini artırıblar".
"Günəşli" yatağındakı faciədən danışan səfir bunu böyük faciə adlandırıb.
O bildirib ki, ABŞ hökumәti, sәfirlik vә sәfirliyin әmәkdaşları hadisədə ölənlərin ailәlәrinin kәdәrini bölüşür.
“ABŞ-la Azərbaycan Xәzәr dәnizindә obeyektlәrin tәhlükәsizliyi ilә bağlı nә kimi әmәkdaşlıq edә bilәr”, - sualına cavabında səfir qeyd edib ki, hadisә ilә bağlı araşdırma aparıldığına görә әlavә heç nә deyә bilmәz.

