Türk klubu qapıçımızın maaşını vermir
Tarix: 3-12-2015, 13:51 | Çap et
Türk klubu qapıçımızın maaşını vermir
Millimizin və “Karşıyaka”nın qapıçısı Kamran Ağayev klubunda 3 aydır maaş almır.

Axar.az xəbər verir ki, Kamran və onun komanda yoldaşları - İqor Duriç, Aleksandr Amisulaşvili, Baye Cibi Fall son üç ayın əmək haqqını ala bilməyiblər.

Klub prezidenti Əli Ərtən Türkiyə mətbuatına açıqlamasında deyib ki, həmin futbolçular komandadan ayrıla bilməz: “Bunun üçün əvvəlcə notariusdan kluba xəbərdarlıq məktubu təqdim etməlidilər. Bundan sonra kluba 1 aylıq möhlət verilir. Bu müddətdə klubda prezident seçkiləri keçiriləcək. Bundan sonra yeni rəhbərlik futbolçulara pulun ödənilib-ödənilməyəcəyi barədə qərar verəcək”.

Xatırladaq ki, sponsorluq edən Acar ailəsinin klub rəhbərliyi ilə münasibətləri gərginləşib. Acar ailəsi Ərtəndən postunu təhvil verməsini tələb etsə də, prezident bundan imtina edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net