BP Azərbaycanda neft hasilatını azaltdı
Tarix: 3-12-2015, 13:10 | Çap et
BP Azərbaycanda neft hasilatını azaltdı
BP-Azerbaijan şirkəti 2015-ci ilin 9 ayında AÇG (Azəri-Çıraq-Günəşli) blokundan 23,6 mln ton və ya 175 mln barel neft çıxarıb. Ötən ilin eyni dövründə bu göstərici 24,2 mln ton və ya 179 mln barel olub.

Bu barədə BP-Azerbaijan şirkətinin hesabatında bildirilir.

Göründüyü kimi, hasilat 600 min ton və ya 4 mln barel azalıb.

Sutkalıq orta hasilat 640 min barel olub. Bu, ötən ilin eyni dövründəkindən 15,7 min barel azdır.

2014-cü ildə BP-Azerbaijan şirkəti AÇG blokundan 31,5 mln ton, 2013-cü ildə 32,2 mln ton neft çıxarıb.

2015-ci il sentyabrın sonunda 88 istismar və 42 texniki quyudan hasilat olub. Bir il əvvəl bu göstərici 77 və 36 idi. ("Turan")





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net