Monteneqro 18 aya NATO üzvü olacaq
Tarix: 1-12-2015, 17:36 | Çap et
Monteneqro 18 aya NATO üzvü olacaq
Monteneqro 18 ay ərzində NATO-nun tamhüquqlu üzvü olacaq.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, alyansın 28 ölkəsi Monteneqronun ittifaqa üzv olmasının lehinə səs verib.

Monteneqronun üzvlük tələbi üzv ölkələrin daimi nümayəndələri tərəfindən qəbul olunub. Qərarın xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi lazımdır.

Sabah NATO qərargahında baş tutacaq xarici işlər nazirlərinin görüşündə qərarın təsdiq ediləcəyi gözlənilir.

Xatırladaq ki, Monteneqronun NATO-ya üzv olmasını nəzərdə tutan qərar layihəsi 17 sentyabrda ölkə parlamenti tərəfindən səsverməyə qoyulmuşdu. 26 millət vəkili qərarın əleyhinə, 50 nəfər isə lehinə səs vermişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net