"Bunu Röyaya yaltaqlanmaq üçün demirəm..." - Rəqsanə
Tarix: 30-11-2015, 12:18 | Çap et
"Bunu Röyaya yaltaqlanmaq üçün demirəm..." - Rəqsanə
"Bəzi müğənnilər gedib özlərini kəsdirirlər, plastik əməliyyat etdirirlər, gəlib deyirlər ki, "Anadangəlmə beləyik". Bəsdirin, ayıbdır. Plastik əməliyyat etdirməyimi heç vaxt danmıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə ismayılova "Onlar" verilişinə açıqlamasında deyib.

Sənətçi 3-4 il əvvəlki görünüşünü bəyənmədiyini etiraf edib:

"Neçə il bundan əvvəlki şəkillərimə baxıram, deyirəm, "Nə gündə olmuşam". Dünən mənə arxiv şəklimi atıblar, deyirəm, "Kül başına Rəqsanə, niyə özünü bu günə qoydun?". Gül kimi qız olmuşam. Ayağımda, üzümdə 3-4 dəfə, burnumda bir neçə dəfə əməliyyat etdirmişəm. Bir vaxt gedib geldən dodağımıza, üzümüzə doldurtdururduq. İndi hamı gedib çıxartdırır".

R.İsmayılova həmkarlarının plastik əməliyyatından da bəhs edib:

"Bizim şou-biznesdə hamınınkı bir-birinə oxşayır. Əvvəl Röyanın burnunu sevmirdim. İndi yenidən düzətdirib, çox bəyənirəm. Röyaya yaltaqlanmaq üçün demirəm, həqiqətən gözəl alınıb. Xatirə islamın da burnu yaxşı alınıb".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net