Bu, artıq siyasət deyil... qeyrətdir...
Tarix: 25-11-2015, 14:34 | Çap et
Bu, artıq siyasət deyil... qeyrətdir...
Bu gün Türkiyə ilə Rusiyanın arasındakı gərginlik dünyada olduğu kimi Azərbaycanda da aktualdır. Və burada hər kəsi düşündürən bir məqam var: Rəsmi Bakının olaya reaksiyası necə olacaq...

Əslində bu reaksiya indidən bəllidir. Susuruqsa, demək, baş verənlərdən razıyıq. Rusiya bu gün hansısa mənada Azərbaycanın işinə yaraya bilər. Amma iş Türkiyə məsələsinə gəlirsə.... qardaşdan keçə bilmərik və Azərbaycan xalqı ilə yanaşı həm də Azərbaycan dövlətinin ürəyi bu gün Türkiyənin yanında döyünür, necə ki qarşılığını görmüşük, görürük və görəcəyik də...

Türkiyəyəı Azərbaycan hətta SSRİ dönəmində belə yardımını edib. Bu o vaxt idi ki, Atattürkün Türkiyəsinin neftə ehtiyacı var idi və o zaman Azərbaycan SSR-in rəhbəri olan Nərimanov qardaş Türkiyəyə əlindən gələn yardımı etdi.

Eləcə də Türkiyə... istənilən tarixi dönəmdə yanımızda olub. Nuru Paşanın adına bu gün də Azərbaycanda dastanlar yazılır...



Yəni qardaşlığımız gerçəkdən də sarsılmazdır. Doğrudur, bizlərə qardaş olanlar çoxdur. Vaxtilə Qırğısıtsanın prezidenti Əsgər Akayev Ermənistanda uydurma erməni soyqırımı abidəsinin önünə əklil qoyub, baş əymişdi. Axırı nə oldu... Bilirik...

Bu gün də qazaxıstanlı qardaşlarımızdan Rusiyanın qorxusundan Türkiyəni qınayanlar var. Eləcə də Azərbaycanda bir para adamlar...

Amma bu gün Türk Dünyası Türkiyənin arxasındadır... Bu gün Türkiyə Azərbaycana qardaş yox, həm də bir komandirdir... Belə yerdə yadımıza düşən ilk söz də bu olur: "Vur, komandir, vur!"

Komandir vurdu... Rusiya isə inciyib. Seçimmi etməliyik... Təbii ki, 70 il bizə sırınan və ayağında bir mox faciələrimiz olan ruslar bizim nəzərimizdə Ərdoğanın teli qədərində əziz deyil. Belə də olacaq.

Azərbaycan türkü bu gün Türkiyənin yanındadır...

Rusiyaya gəlincə isə... Biz onları yaxşı tanıyırıq, bizim onlara qarşı 1-ci QARABAĞ SAVAŞINDAN vuruşmaq təcrünəmiz var... Gərəkəcəksə, Türkiyəmiz uğrunda canımızı fəda edəcəyik. Çünki bu gün Türkiyə məhz Suriyadakı Azərbaycan türklərinə sahib çıxması səbəbindən zamanında dünyanın ən nəhənglərindən hesab olunan Rusiya ilə üz-üzə gəlməyi göz önünə alıb.

Bu, artıq siyasət deyil... qeyrətdir...

Məhəmməd Ərsoy
Dia.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net