
Rusiya Suriyada vurulan Su-24 qırıcı təyyarəsinin sağ qalan pilotunu xilas edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzəsində bildirib.
Nazir Suriyada vurulan Su-24 qırıcısının sağ qalan pilotunun xilas edilməsi məqsədi ilə keçirilən əməliyyatın uğurla nəticələndiyini söyləyib. F. Şoyqu xilas olunan pilotun hərbi bazaya çatdırıldığını qeyd edib.

