
Neftçalada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil Muğan bürosunun verdiyi məlumata görə, rayonun Xolqarabucaq kəndində 1994-cü il təvəllüdlü Mustafayev Dabil Qabil oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomobillə 2005-ci il təvəllüdlü Nəcəfova Aysel Tahir qızını vurub.
A. Nəcəfova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

