Azərbaycan və Türkiyə arasında təhsil sahəsində və peşə təhsili sahəsində əməkdaşlıqla bağlı əlavə protokollar təsdiq olunacaq.
Verikal.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin 23 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Beləliklə, aşağıdakı əlavə protokollar təsdiqlənəcək:
- Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
-“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

