Ana Sayfa > Sosial > Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək
Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək19-12-2025, 19:18. Yazar: admin |
|
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində və peşə təhsili sahəsində əməkdaşlıqla bağlı əlavə protokollar təsdiq olunacaq. Verikal.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin 23 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. Beləliklə, aşağıdakı əlavə protokollar təsdiqlənəcək: - Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. -“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Geri dön |