Orban: "Aİ Rusiya ilə müharibə astanasındadır"
Tarix: 20-12-2025, 23:52 | Çap et


Qərbin sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi ideyası, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya dəyən ziyanın ödənilməsi təklifləri Avropanı Rusiya ilə müharibə həddinə çatdırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.

"Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub cavab atəşi açsalar necə olar? Buna müharibə deyilir", - deyə baş nazir bildirib.

O hesab edir ki, bəzi Aİ liderlərinin riskli çağırışlarına son dərəcə ciddi yanaşmaq lazımdır.

"Biz müharibənin astanasındayıq", - deyə baş nazir xəbərdarlıq edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net