İlham Əliyev Gürcüstandan hansı suallara cavab almaq istədi? - Tiflis Moskvaya doğru reveranslar edir
Tarix: 6-11-2015, 15:14 | Çap et
İlham Əliyev Gürcüstandan hansı suallara cavab almaq istədi? - Tiflis Moskvaya doğru reveranslar edir
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başa çatır. İlham Əliyevin Tiflisə səfəri sadə dövrə təsadüf etmədi. Belə ki, Tiflis “Qazprom”la qaz təchizatına dair danışıqlar aparır. Bu danışıqlar uğurla nəticələnərsə, bölgədə situasiya tamamilə dəyişə bilər. Gürcüstan eyni zamanda, İrandan qaz alınmasına dair müzakirələrini davam etdirir. Bütün bunlar isə uzun müddətdir Gürcüstana ucuz qaz satan, eyni zamanda, bu ölkənin energetika bazarında əsas oyunçu olan Azərbaycanı narahat etməyə bilməz.

Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze hazırda Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparıldığını təsdiq edib. Danışıqlar Azərbaycanın, İranın, Ermənistanın, Rusiya və Gürcüstanın maraqları kontekstsində dəyərlənndirilə bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, “qaz müharibəsi”ndə ən maraqlı tərəf Gürcüstanın Rusiya yönümlü hakimiyyət dairələridir. Məlumdur ki, Gürcüstanla Rusiya arasında uzun illərdir soyuq savaş hökm sürür. Amma hazırda isə Gürcüstan hakimiyyətinin rəsmiləri Rusiya ilə münasibətləri bərpa etməyə çalışırlar.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı yenidən müzakirə etməyi tələb edib. Gürcüstanın qaz diplimotiyasında ən çox adı hallanan dövlətlərdən biri isə Azərbaycandır. Çünki Azərbaycan Gürcüstanın ən böyük qaz tədarükçüsüdür. Gürcüstan tərəfi ölkədəki qaz qıtlığını Azərbaycanın onları təmin edəcək resursunun olmaması ilə əsaslandırır. Kaxa Kaladze çıxışlarının birində “Azərbaycanın artıq qazı olsaydı digər dövlətlərlə mavi yanacaqla bağlı danışıqlara getməzdi” deməklə Azərbaycan tərəfini böyük məsuliyyət altında qoyur.
Gürcüstan rəsmiləri vurğulayırlar ki, bir il ərzində ölkənin 2 milyard kubmetr qaza etiyacı olduğu halda Azərbaycan Tiflisə 1.8 milyad kubmetr qaz təklif edir. Hazırda Azərbaycan Gürcüstanın 88%-i mavi yanacaqla təmin edir. 12% faiz isə Rusiyanın payına düşür.

Beləliklə, Gürcüstan bazarının daxilində qaz qıtlığı adı altında siyasi oyunlar getdiyi təkzibolunmazdır. Ehtimal edə bilərik ki, Rusiyadan Ermənistana ixrac edilən qazın həcmi artırıla bilər. Bu layihə reallaşarsa, Gürcüstan böyük məbləğdə maliyyə vəsaiti əldə edə bilər. Digər tərəfdən isə Azərbaycanın adından istifadə etməklə rəsmi Tiflis Rusiya ilə münasibətlərini yenidən bərpa etmək istəyir. Lakin Azərbaycan tərəfindən də Gürcüstana qaz sata bilməyəcəkləri ilə bağlı açıqlama verilməyib.
Kaxa Kaladze isə Rusiya ilə qaz danışıqları aparılmasının səbəbini Azərbaycanın üzərinə atıb. Faktlar isə onu deyir ki, təbii qazın çatdırılmasında və əhalinin qaz ilə təmin edilməsi sahəsində SOCAR-ın problemi yoxdur. Səslənən bəyanatlar Gürcüstanın qaz məsələsinə ən çox adı hallanan dövlətlərdən biri isə Azərbaycandır. Gürcüstan konkret onlara nə qədər qaz lazım olduğu barədə açıqlama vermir.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfər etdiyi zamanda ölkələr arasında qaz satışında dair heç bir problemin olması barədə mətbuatda məlumatlar sızmamışdı. Gürcüstanın baş naziri ölkəsinə qayıtdıqdan sonra da Azərbaycanla qaz alışına dair heç bir problemin olmadığı barədə açıqlama verdi. Göründüyü kimi, Gürcüstan hakimiyyətinin onun ərazisini işğal edən bir dövlətlə razılığa gəlməsi həm gürcü xalqı həm də müxalifəti tərəfindən birmənalı qarşılanmır.
Ölkə müxalifəti Rusiya ilə münasibətlərin bərpasının əleyhinə olduqlarını dəfələrlə hakimiyyətin diqqətinə çatdırıb. Bu isə Gürcüstan hakimiyyətini müxtəlif bəhanələr gətirərək xalqını aldatması ilə nəticələnir.

Kənardan görünən budur ki, rəsmi Tiflis öz xalqını aldatmaq üçün Azərbaycanın adından istifadə edir. Baş verənlərdən məlum olur ki, Gürcüstan hakimiyyətinin əsl məqsədi ölkə əhalisini mavi yanacaqla təmin etmək deyil, Rusiya ilə “Qızılgül İnqilabı” nəticəsində yaranan uzunmüddətli soyuq münasibətləri yenidən bərpa etməkdir.

Tiflis Moskvaya doğru reveranslar edir və bu məsələdə Azərbaycanı da oyunlara qatmaq istəyir. Gürcüstan paytaxtına səfər edən İlham Əliyev rəsmi Tiflisdən bir çox suallara cavab almaq istədi. Tiflis “qaz oyunu”nu davam etdirəcəksə, Bakının da buna adekvat cavabı olacaq.

Avropa.info-nun ekspert qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net