Qum satanlar Yol polisi ilə “razılaşıb”..?
Tarix: 28-10-2015, 14:18 | Çap et
Qum satanlar Yol polisi ilə “razılaşıb”..?
21 oktyabrda qafqaznews.org saytı “Polis qanunu pozanları cəzalandırmır” başlıqlı məqalə dərc edib. Məqalədə qafqaznews.az saytına istinadən qeyd olunur ki, Sabunçu rayonu Zabrat dairəsində yerləşən “Louvre Plaza” şadlıq sarayı ilə üzbəüz qanunnsuz qum bazarı fəaliyyət göstərir, orada Nardarandan gətirilən sahil qumu satılır və qum satanlar vergidən yayınır.
Məsələ ilə bağlı Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev bildirib ki, onlar qanunsuz fəaliyyət göstərir.
27 oktyabrda biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fikrini öyrənmək qərarına gəldik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qafqaznews.org-a bildirdi ki, nazirlik “Torpağın təki haqqında” Qanuna uyğun olaraq sahil qumlarının qanunsuz satışı ilə bağlı reydlər keçirir: “Ancaq bunun qarşısının alınması ilə biz məşğul olmuruq.
Nazirliyin digər əməkdaşları bizə bildirdi ki, sahil qumlarının qanunsuz satışı ilə bağlı Bakı ŞİH-nin Xidmət və İstehlak Bazarı Departamenti məşğul olur.
Biz həmin departamentin rəhbəri Əliabbas Bağırovla əlaqə saxladıq. O, bildirdi ki, mən bu qum bazarı barədə eşitməmişəm: “ Əgər qum kisədə satılırsa onu qadağan edə bilərik, yox maşınla satılırsa, bununla Yol Polisi məşğul olur. Görünür, qum satanlar Yol polisi ilə razılaşıblar. Biz bununla bağlı tədbir görərik. Ancaq bu məsələ bizm departamentin səlahiyyətinə aid deyil.
Həm də qumun sahil qumu olduğunu haradan bilə bilərik..?”
Deyilənlərlə bağlı Azərbaycan Yol Polisinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da nəticə olmadı.
Sözardı: Ekoloq Telman Zeynalovun fikrincə sahil qumlarının satışının qarşısının alınması birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir: “ Hər bölgədə nazirliyin nümayəndələri var ki, bu məsələlərə nəzarət etməlidir”.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net