
Dövlət başçısı ölkədə sahibkarlara böyük diqqət və qayğı göstərərək bu günblərdə bir sənəd imzaladı. Qanun halında Milli Məclisdə qəbul edilən yeni sənəddə sahibkarların 2 illik bütün yoxlamalardan azad edildiyi təsbitləndi. Və prezidentin bu qərarı ölkə boyu sahibkarlar tərəfindən böyük rəğbətlə qarşılandı. Prezidentin bir qədər əvvəl hökumətin 9 aylıq mhesabat müşavirəsində məmurlara səslənərək sahibkarlara təzyiq etməməyi tələb etməsi də praktiki olaraq göz önündədir.
Sahibkarların fəaliyyətinə yersiz müdaxilə edən, onları incidən, təhdid və şantaj edən Milli Təhlükəsizlik Nazirliyinin xeyli sayda yüksək çinli zabiti həbs edildi. Cinayət işi başlandı. Nazir Eldar Mahmudov dövlət başçısının sərəncamı ilə oktyabrın 17-də işdən azad edildi. Və bundan sonra bütün ölkənin danışdığı bir mövzu ilə bağlı olaraq müzakirələr aparılır.
MTN şefinin məhz sahibkarlara zülm etdiyinə görə, onları incitdiyinə görə komandası ilə birgə işdən atıldığı bəllidir. Dövlət başçısı neftin qiymətinin aşağı olması səbəbindən ölkədə yaranmış maliyyə disbalansını tənzimləmək üçün sahibkarlar üçün açdığı şəffaf müstəvidə bəzi məmurlar ki, qeyri-şəffaf işlərlə məşğul olurlar. Məsələn bir qədər əvvəl prezidentin tapşırığı ilə bir sıra qurumlarda köklü ishalahatlar aparıldı. Vergilər Nazirliyində həyata keçirilmiş struktur islahatları, bir sıra idarələrin ləğv edilməsi, o cümlədən də mütərəqqiləşdirilmiş qanunvericilik və normativ sənədlərlə bağlı da müəyyən işlər görüldü.
Azərbaycanda sahibkarlığı daha leqal və sərbəst bir şəraitdə inkişaf etdirmək prioritetini qarşısına hədəf seçən döjvlət başçısının bu siyasətinə qarşı fəaliyyətdə olan başqa və mühim bir qurum da var - Dövlət Gömrük Komitəsi. Daxili bazarda rəqabət mühitinin yaradılması, sahibkarların idxal-ixrac əməliyyatlarında rahat iştirakının təmin edilməsi üçün DGK-nin sərhəd keçid məntəqələrində yaratdıqları problemlərin hansı səviyyədə olduğu hər kəsə bəllidir. Bu qurumun əməkdaşları böhrandan əvvəl aldıqları rüşvətin həcmini böhrandan sonra 2 dəfə artırıblar. Gömrük Keçid Məntəqələrindən gələn sahibkar şikayətlərin həcmi ötən illərlə müqayisədə xeyli artıb. Mətbuat vasitəsilə, mətbuatdan kənar ünvanlanmış şikayətlərin cavabı olaraq bu qurum heç bir mütərəqqi islahat və ya addım atmır.
Böhrandan dolayı sahibkarlara şərait yaratmaqla idxal-ixrac əməliyyatlarını stimullaşdırmaq və nəticə etibarilə də vergi daxilolmalarını artırmaq əvəzinə Aydın Əliyevin başında durduğu qurumdan bir A4 vərəqi həcmində islahat və ya təkliflərə rast gəlmək mümkün deyil. Kiçik sahibkarlar belə gömrük məntəqələrində saatlarla növbə gözləməyə, rüşvət verməyə məcbur edilirlər. Nəticə etibarilə də daxili bazarda böhrandan dolayı yaranmış ətaləti «qoruyub» saxlamış olurlar.Aydın Əliyevin gömrükdəki qohumları, tanışları, dostları daha da amansız şəkildə sahibkarlarla davranmağa başlayıblar. Nəticə də ortadadır.
Gözlənilən odur ki, Cənab Prezident sahibkarlığın inkişafı üçün, azad bazar prinsiplərini stimullaşdırmaq üçün Aydın Əliyevin də məsələsinə diqqət ayıracaq. Nədənsə, DGK rəhbəri prezidentin aylardır ortada olan İRADƏSİNİ görməzdən gəlir…
Qarşı tərəf SAYTIMIZDA mövqeyini, ARQUMENTLƏRİNİ ifadə edə bilər.
GUNDEMİNFO.AZ-ın Analitik Ekspert Qrupu


