“Azercell”də inanılmaz datakart fırıldağı - ŞİKAYƏT
Tarix: 21-09-2015, 13:42 | Çap et
“Azercell”də inanılmaz datakart fırıldağı - ŞİKAYƏT
“Azercell” mobil operator datakart istifadəçisi olan müştərilərini aldadaraq külli miqdarda gəlir əldə edir.

TİA.AZ xəbər verir ki, şirkətin növbəti qurbanı başına gələnləri açıqlayıb. Mənbə: “Əvvəlcə aylıq 10 manat ödəməklə 10 geqabaytlıq paketə abunə oldum.
İki ay istifadə etdikdən sonra aylıq paketi dondurmaq qərarına gəldim. “AY-“ yazıb 2525-ə göndərməklə aylıq internet paketimi dondurdum.
Dondurduqdan iki gün sonra internetə daxil oldum ki, görüm, həqiqətən mənim aylıq internet paketim dondurulub, ya yox. Bunun üçün datakartı komputerə qoşmalı idim.
Lakin qoşan kimi 6-7 dəqiqə ərzində 431 meqabayt internet trafikindən istifadə etdiyim barədə məlumat aldım. Dərhal müştəri xidmətlərinə müraciət etdim. Onlar mənim 142 manat məbləğində borclandığımı bildirdilər.
Soruşdum ki, bu borc nə vaxt yazılıb. Mənə cavab verdilər ki, bir neçə dəqiqə bundan əvvəl internetə qoşulub 431 meqabayt internet trafikindən istifadə etmişəm. Mən isə izah etdim ki, 6-7 dəqiqə ərzində Azərbaycan internet portallarında məlumat oxumağa nəyə görə 431 meqabayt sərf olunur?
Dərhal hansı saytlara girməyim barədə mənə məlumat vermələrini tələb etdim. Lakin bunun mümkün olmayacağını bildirdilər. Bu necə bir fırıldaqdır?!”
Şikayətçi femida.az-a bildirib: “Mən rəsmi surətdə öz data nömrəm vasitəsilə hansı saytlara daxil olduğumu bilmək istəyirəm. Nəyə görə həmin saytlara girərkən 431 meqabayt sərf etmişəm? Nizami rayonunda yerləşən “Azərcel” müştəri xidmətlərində çalışan xanım bunun mümkün olmadığını bildirdi.
Mən isə ərizə ilə yuxarı rəhbərliyə şikayətimi bildirdim. Şikayətimə cavab versələr də, internetdən hansı saytlara daxil olmağım barədə heç bir məlumat ala bilmıdim. Sanki, müştərini “yola vermək” xatirinə mənə bir cavab göndərdilər.
Verdikləri məlumat isə yuxarıda qeyd etdiyim heç bir sualımı cavablandırmağa kifayət etmədi. Mən hansı saytlara daxil olmuşam ki, 431 meqabayt trafik istifadə edilib?
Başqa bir maraqlı məqam isə “Azərcel” mobil operatorunun mənə 15 gün ərzində verdiyi cavabların təzad təşkil etməsi olub.
Belə ki, verdikləri son məlumata görə mənim borcum 171 manat olmuşdu. Halbuki iki həftə bundan əvvəl borcum 141 manat idi və bu müddət ərzində mən datakartdan istifadə etməmişdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net