Deputatın mandatı oğlunun güdazına getdi
Tarix: 16-09-2015, 14:57 | Çap et
Deputatın mandatı oğlunun güdazına getdi
YAP Ayaz Orucovu siyahısa salmadı. TİA.AZ xəbər verir ki, o, 81 saylı Beyləqan seçki dairəsindən deputatdır. Hakim partiya bu dairədən İsmayılov Şahinin namizədliyini irəli sürüb.

Qaynar.info xəbər yayıb ki, Orucovun “vurulması”nın əsas səbəbkarı oğlu olub. İsmayıl Orucovun adı bu günə qədər bir çoх qalmaqallara qarışıb. Onun ən böyük qalmaqalı isə yolun ortasında qadınlara atəş açması olub.

Xatırladaq ki, o, 2013-cü ilin noyabr ayının 13-dən 14-nə keçən gecə Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.

Bu olaydan sonra yeni sakit dayanmayan İsmayıl Orucov eyni hərəkəti yenə təkrarlamışdı. Belə ki, 2014-cü ilin mart ayının əvvəlində deputatın oğlu Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayılmışdı.

Həmin xəbərdə deyilirdi ki, İsmayıl Orucov bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü fəsarət almayıb.

Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib.

Ayaz Orucovun vurulmasının səbəbi məhz budur. Prezident İlham Əliyev bu günə qədər dəfələrlə məmurlardan övladlarının hərəkətlərinə diqqət yetirməyi tələb edib, qanunları pozanların sərt şəkildə cəzalandırılmasını tələb edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net