Nazim Fərəcovun adı niyə siyahıdan çıxarıldı?
Tarix: 16-09-2015, 12:45 | Çap et
Nazim Fərəcovun adı niyə siyahıdan çıxarıldı?
121 saylı Laçın Seçki Dairəsindən deputat seçilmiş Nazim Fərəcovun bu dəfə adı siyahıdan çıxarılıb. Daha doğrusu, YAP onu artıq parlamentdə görmək istəmir. Və Fərəcovun adının siyahıdan çıxarılması bir çoxlarında haqlı olaraq təəccüb yaradıb.

JAM.AZ xəbər verir ki, Nazim Fərəcovun adının YAP-ın namizədlər siyahısından çıxarılmasının əsas səbəbi qardaşına daha yüksək vəzifənin verilməsidir. Məlumatlarda iddia edilir ki, Zakir Fərəcovun bu yaxınlarda Sumqayıt şəhərinə mer təyin olunmasından sonra qardaşının mandat sahibi olmayacağı gözlənilən idi. Həmçinin Abşerona İradə Gülməmmədovanın icra başçısı təyin olunması da artıq Fərəcovlar üçün böyük imkanların yaradılmasından xəbər verirdi. Belə ki, xanım Gülməmmədovanın Zakir Fərəcovun istəyi əsasında Abşerona icra başçısı təyin edildiyi vurğulanır.

Belə olan təqdirdə, Nazim Fərəcovun parlamentə düşməsi məsələni fərqli məcraya yönəldə bilərdi. Ki, hökumət dairələri prosesi daha optimal şəkildə həll etmək qərarı verib. Və nəticədə, Nazim Fərəcova verilməsi nəzərdə tutulan mandat, Zakir Fərəcova verilmiş mer postu ilə kompensasiya edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net