
Ötən günlərdə Şəki Telekommunikasiya Qovşağının (TKQ) rəisi Məhəmməd Əhmədovla bağlı yayılan xəbərlərdə onun xeyli sayda dükan və maddi imkanlara sahib olduğu vurğulanırdı. Bu gün isə rayon sakinlərindən biri olduqca maraqlı iddia ilə çıxış edib.
JAM.AZ-a yazan 80 yaşlı İslam İsayevin iddiasına görə, Şəki TQK-nın internet şöbəsinin işçisi olan Fərid İsmayılov anadangəlmə ruhi xəstəliyinə görə pensiya alır. Onun sözlərinə görə, belə birinin işə götürülməsi özü kifayət qədər müəmmalıdır.
İslam İsayev yazır ki, Məhəmməd Əhmədov yaşlı-cavan bilmədən hamı ilə etkadan kənar danışır. Onun sözlərinə görə, dəfələrlə görüşləri zamanı TKQ-nın rəisi onunla «əəə» ilə müraciəğ edərək danışıb. «Biz şəkililər prezident İlham Əliyevdən xahiş edirik ki, onun əldə etdiyi bu qədər var-dövlətin yoxlanılması barədə göstəriş versin. Həmçinin bizi belə birinin əlindən xials etsin».
Qarşı tərəfi də dinləməyə hazırıq.




