
Vertikal.az portalında müəyyən dəyişikliklər baş verib. Bu barədə oxucularımızı məlumatlandırmaq istədik.
Redaksiya bildirir ki, portalın baş redaktoru Elşad Cavadlı, admin-redaktor postuna isə Samir Həsənli təyin olunublar.
Onu da bildirək ki, son zamanlar ayrı-ayrı yerlərdə Vertikal.az-ın rəhbəri kimi göstərilən Vüsal Hacıoğlunun redaksiyamıza heç bir aidiyyatı yoxdur.
Vüsal Hacıoğlunun "Bizim Yol" qəzetində çalışdığını bilirik...
Qeyd edək ki, Vertikal.az-ın baş redaktoru Elşad Cavadlı 2005-ci ildən mətbuatdadır. Ayrı-ayrı mətbu orqanlarda çalışıb. "Bizim Gündəm" qəzetində redaktor kimi də fəaliyyət göstərib.
Vertikal.az


