İsrail Müdafiə Qüvvələri (IDF) bir qədər əvvəl öz kəşfiyyat məlumatlarına əsaslanaraq, İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Bildirilib ki, zərbələrdən biri İranın qərbində, Kermanşah bölgəsində yerləşən qabaqcıl SA-65 hava hücumundan müdafiə sisteminə yönəldilib.
Bu zərbələrin məqsədinin İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat azadlığının təmin olunması və gücləndirilməsi, eləcə də SEPAH-ın imkanlarını zəiflətmək və İsrail Dövlətinin daxili cəbhəsinə yönələn təhdidlərin qarşısını almaq olduğu qeyd edilib.

