Ana Sayfa > Manşet / Dünya > İsrail İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb
İsrail İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb28-02-2026, 18:25. Yazar: admin |
|
İsrail Müdafiə Qüvvələri (IDF) bir qədər əvvəl öz kəşfiyyat məlumatlarına əsaslanaraq, İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb. Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə IDF məlumat yayıb. Bildirilib ki, zərbələrdən biri İranın qərbində, Kermanşah bölgəsində yerləşən qabaqcıl SA-65 hava hücumundan müdafiə sisteminə yönəldilib. Bu zərbələrin məqsədinin İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat azadlığının təmin olunması və gücləndirilməsi, eləcə də SEPAH-ın imkanlarını zəiflətmək və İsrail Dövlətinin daxili cəbhəsinə yönələn təhdidlərin qarşısını almaq olduğu qeyd edilib. Geri dön |