“Dəfələrlə yanıb bu örtüklər. Siqaret atırlar. Ondan alışıb. Neçə dəfə özüm keçirmişəm”.
Vertikal.az-ın verdiyi xəbərə görə, bunu dünən Azadlıq metrosu yaxınlığında yanaraq kül olan binanın sakini Aysel Vahabova deyib. Zərərkəkmiş bildirib ki, onun və ailəsinin gecələmək üçün harada qalacağı hələ də müəyyənləşməyib:
“Hadisə baş verəndə özüm evdə idim. Məni heç kim çıxarmadı. Özüm düşdüm aşağı. Bu gecə hələ ki, harada qalacağımı bilmirəm. Dünən xəstəxanada olmuşam. Həlak olan, yaralanan heç bir qohum – qonşudan da xəbərim yoxdur. Evdən demək olar ki, heç nə çıxara bilmədim. Bir az pal – paltar götürə bildik. Hamısı yanıb. Yanğından sonra məktəbə - uşaqlarımı götürməyə getdim”.
Xatırladaq ki, mayın 19-da Binəqədidə "Azadlıq" metrosu yaxınlığında yaşayış binası alışaraq kül olub. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50–yə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


