"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 20-12-2021, 18:10 | Çap et
"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Vətən Müharibəsi iştirakçısı, Bərdə rayon Yenidaşkənd kənd sakini Qayıbov İnqilab Ələsgər oğlu çoxsaylı müraciətlərinə baxmayaraq ona əlillik dərəcəsinin təyin olunmadığını deyir.
DİA.AZ-ın məlumatına görə, məsələ ilə əlaqədar Yeniavaz.com-a müraciət edən qazi bildirir ki, hazırda Tərtər rayonunda yaşayır.
Q. İnqilab qeyd edir ki, 2016 cı ildən N saylı motoatıcı briqadanın kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. 09.27.2020-ci ildə Vətən Müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlər zamanı 481 yüksəkliyində ağır yaralanıb.
"Vətən Müharibsəndən 1 il ötməsinə baxmayaraq maaşım kəsilib, işsizəm, maddi durumum aşağıdır. Tək istəyim mənə düşən əlillik qrupu ilə təmin olunmağımdır".
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Qurumdan məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirildi.
"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR"1 il keçib, əillik təyin olunmur, maaşım kəsilib, işsizəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net