Azərbaycanda sutkalıq yoluxma 2146-ya çatdı, 25 nəfər öldü
Tarix: 30-03-2021, 14:27 | Çap et
Azərbaycanda sutkalıq yoluxma 2146-ya çatdı, 25 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

Son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net