Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb
Tarix: 7-08-2020, 12:56 | Çap et
Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.
Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net