Türkiyə Milli Təhlükəszilik Şurası: “Ermənistanın Azərbaycana hücumlarını qınayırıq”
Tarix: 22-07-2020, 19:51 | Çap et
Türkiyə Milli Təhlükəszilik Şurası: “Ermənistanın Azərbaycana hücumlarını qınayırıq”
"Azərbaycan torpaqlarının qanunsuz işğalı illərdir davam edir. Ermənistanın sülhü pozan və beynəlxalq təşkilatların qətnamələrini heçə sayan hücumlarını şiddətlə qınayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizilik Şurasının toplantısından sonra yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, Türkiyə qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net