Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Tarix: 2-07-2020, 00:24 | Çap et
Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik ünvanlayıb.

APA xəbər verir ki, bu barədə Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net