Karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib
Tarix: 10-06-2020, 19:00 | Çap et
Karantin nəzarətinə götürülmə qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net