
Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri başa çatıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib.
Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.


