Binəqədi icra başçısıdan Hacıbala Abutalıbova şikayət
Tarix: 14-12-2015, 15:06 | Çap et
Binəqədi icra başçısıdan Hacıbala Abutalıbova şikayət
Binəqədi qəsəbəsi 1-ci mədən, 22-ci korpusda yaşayanlar Moderator.az vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək yaşadıqları qəsəbənin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

Sakinlər bildirir ki, qəsəbənin yolları çox bərbad gündə, asfalt örtükləri yararsız vəziyyətdədir.

Sakinlər qeyd edirlər ki, bununla bağlı dəfərlərlə Binəqədi rayon icra hakimiyyətinə müraciət ediblər, ancaq şikayətlərinə baxan yoxdur: "Biz qəsəbə sakinləri Hacıbala Abutalıbovdan xahiş edirik ki, bizə şikyətimizin təmin olunmasında köməklik etsin".

Şikayətçilər onu da qeyd edirlər ki, gecə işıqları yolun 200 metrinə qədər çəkilib, sonra isə işi yarımçıq halda qoyub gediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net