Tramp: "Venesuela ilə müharibəni istisna etmirəm"
Tarix: 19-12-2025, 19:33 | Çap et


ABŞ Prezidenti Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etmir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri NBC-yə müsahibəsində deyib.

Ağ Ev rəhbəri sözügedən münaqişə ilə bağlı suala belə cavab verib:

"Mən bu ehtimalı istisna etmirəm".

Tramp müharibəyə ABŞ ordusunun Venesuela gəmilərinə zərbələr endirməsinin səbəb ola biləcəyinə dair sualı cavablandırmaqdan imtina edib.

Bununla belə, o, Vaşinqtonun Venesuela tankerlərini ələ keçirməyə davam etmək niyyətində olduğunu da vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net