Ana Sayfa > Dünya / Siyasət > Tramp: "Venesuela ilə müharibəni istisna etmirəm"
Tramp: "Venesuela ilə müharibəni istisna etmirəm"19-12-2025, 19:33. Yazar: admin |
|
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etmir. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri NBC-yə müsahibəsində deyib. Ağ Ev rəhbəri sözügedən münaqişə ilə bağlı suala belə cavab verib: "Mən bu ehtimalı istisna etmirəm". Tramp müharibəyə ABŞ ordusunun Venesuela gəmilərinə zərbələr endirməsinin səbəb ola biləcəyinə dair sualı cavablandırmaqdan imtina edib. Bununla belə, o, Vaşinqtonun Venesuela tankerlərini ələ keçirməyə davam etmək niyyətində olduğunu da vurğulayıb. Geri dön |