HƏMAS Qəzzanın şimalında tunel fəaliyyətini sürətləndirir
Tarix: 14-03-2015, 10:52 | Çap et
HƏMAS Qəzzanın şimalında tunel fəaliyyətini sürətləndirir
Vertikal.az-ın "Yedioth Ahronoth" qəzetinə istinadən verdiyi xəbərə görə, HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası Qəzzanın şimalında tunel qazma fəaliyyətlərini gücləndirir. "Yedioth Ahronoth" qəzetinin iddiasına əsasən, sionist vətəndaşların əlində sərhəddə tunel qazma əməliyyatlarını ortaya qoyan görüntülərvar və "İzzəddin əl-Qəssam" briqadası sərhəddən onlarca metr uzaqlıqda tunel qazma işlərini davam etdirir. sionist İsrail ordusunun sözçüsü martın 13-də etdiyi açıqlamada, İsrail ordusunun HƏMAS-ın qazdığı tunelləri diqqətlə təqib etdiyini vurğulayaraq, ordu dəstələrinin bölgədə yerləşdirilən sionist vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hər şeyi etdiyini vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net