ARZU KAZIMOV İFŞA OLUNSA DA… - Məhkəmələr KOR OLUB!!!
Tarix: 28-10-2026, 15:04 | Çap et

Bir müddət öncə mənzil alqı-satqısında yol verdiyi saxtakarlıqlara görə istintaqa cəlb edilən və lakin nə qədər qəribə olsa da, haqqında cinayət işi açılmasına, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmasına baxmayaraq bu gün də mənzil alverini davam etdirən Arzu Kazımov yenə də meydan sulayır, desək, yanılmarıq… Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, bu alver yenə də köhnə üsulla – digər alıcıların və ya artıq mənzil sahibi olan digər şəxslərin hüquqlarının kobud şəkildə pozulmsı, onların aldadılması və s. ilə müşahidə edilir.

Arzu Kazımov üçün xarakterik xüsusiyyətlərdən biri də iş adamının yalnzı alıcılara deyil, həm də öz şəriklərinə “atması”, onları da “yaman günə” qoymasıdır. Məhz buna görədir ki, bu gün Arzi Kazımovla şəriklik ömülük bədbəxt olmaq, borc bataqlğına yuvarlanmaq kimi dəyərləndirilir.
Arzu Kazımov və onun rəhbərlik etdiyi qrup “Servis+” MTK-nın mənzillərini və qeyri-yaşayış sahələrini dəyər-dəyməzinə satıb. Bununla da özünə və yaxın çevrəsinə külli miqdarda qazanc əldə edib.
Hələ də Arzu Kazımovun basqısı və təzyiqi altında məhkəmə qapılarında sürünən “Servis+” MTK-nın rəhbərliyindən əldə etdiyimiz məlumata görə, MTK öz mülkiyyət hüquqlarını bərpa etmək üçün müxtəlif məhkəmələrdə iddia qaldırmağa məcbur qalıb.
Məhkəmələr MTK-nın pozulmuş mülkiyyət hüquqlarını bərpa etmək əvəzinə MTK-nın iddia ərizələrini müxtəlif bəhanələrlə geri qaytarırlar.
Konkret fakta nəzər salaq. Diqqət yetirin: MTK-ya məxsus 5 min kvadrat metrlik qeyri-yaşayış sahəsi 10.10.2025-ci il tarixdə “SERVİS+” MTK ilə İ.Nəcəfov arasında bağlanmış alqı-satqı müqaviləsinə və həmin tarixdə verilmiş maliyyə arayışına əsasən sonuncunun adına rəsmiləşdirilmişdir. Lakin MTK-nın kassasına hər hansı pul vəsaiti daxil olmamışdır. Bununla əlaqədar MTK tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırılmışdır.
Göründüyü kimi Arzu Kazımov və onun rəhbərlik etdiyi qrup MTK-nı dağıtmaqla məşğuldur.
Zeynalov Zəka Nərçə oğlu 71.2 faiz çoxluq təşkil edən təsisçilər tərəfindən “Servis+” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi – sədri seçildiyi halda ona vəzifələrinin icrasına şərait yaradılmır.
Buna baxmayaraq, məhkəmə sistemi də bütün bunlara göz yumur, qanuni sədrin fəaliyyətinə müvəqqəti təminat tədbiri tətbiq edərək məhdudiyyət qoyur.
Hər halda hüquqi dövlətdə yaşadığımızı unudanlar – başda Arzu Kazımov olmaqla – bilməlidirlər ki, bir gün onlar kayiqli cəzalarını alacaqlar və yüzlərlə vətəndaşın hüquqları bərpa olunacaq. O gün isə uzaqda deyil…
YENİ MƏLUMATLAR OLACAQ… NÖVBƏTİ YAZIMIZI GÖZLƏYİN…




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net