Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın iki Su-25 qırıcı təyyarəsi, Ka-52 və Mi-24 helikopteri, eləcə də 5 pilotsuz uçuş aparatını məhv edib.
BAKU.WS xəbər verir ki, məlumatı Ukrayna Baş Qərargahının Facebook səhifəsi paylaşıb.
Ukrayna aviasiyası Rusiyanın canlı qüvvələri, texnikalarının cəmləşdiyi nöqtələrə 30 hava zərbəsi endirib.

