Azərbaycanda daha 47 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Tarix: 1-04-2022, 16:47 | Çap et

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vertikal.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 979 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib. 347 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 339, bu günə qədər isə ümumilikdə 6 706 012 test icra olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net