Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub
Tarix: 21-03-2022, 15:57 | Çap et
Ceyhun Bayramovla Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığına dair məlumat yayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 21 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Tərəflər, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər, həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net