Ermənistan itkilərinin yeni sayını AÇIQLADI - 3 809 ölü, 1706 itkin...
Tarix: 20-01-2022, 09:34 | Çap et
Ermənistan itkilərinin yeni sayını AÇIQLADI - 3 809 ölü, 1706 itkin...

Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir. DİA.AZ xəbər verir ki, bu barədə "Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net