DİN Ağdamda düşmənin atıb qaçdığı silah-sursatın sayını açıqlayıb
Tarix: 20-11-2021, 10:36 | Çap et
DİN Ağdamda düşmənin atıb qaçdığı silah-sursatın sayını açıqlayıb

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən aşkar edilən silah-sursatların sayı açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdamda aparılan tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.
Eyni zamanda, ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net