Əhalinin NƏZƏRİNƏ! Bakıda bu avtobusun hərəkət sxemi dəyişdi
Tarix: 12-10-2021, 22:23 | Çap et
Əhalinin NƏZƏRİNƏ! Bakıda bu avtobusun hərəkət sxemi dəyişdi

13.10.2021-ci il tarixindən Alı Mustafayev küçəsinin “3-cü mikrorayon” dairəsindən “3-cü mikrorayon bazarı” istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. - Azadlıq pr. - S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net