Oqtay Gülalıyev necədir? - “Həkimlər infeksiya saldı, indi artıq...”
Tarix: 12-10-2021, 18:03 | Çap et
Oqtay Gülalıyev necədir? - “Həkimlər infeksiya saldı, indi artıq...”

"1 ay öncə Oqtay bəyin yemək borusunu dəyişən zaman infeksiya saldılar. İnfeksiya nəticəsində güclü epilepsiyaları oldu, ağciyərində də infeksiya düşdü. Bu infeksiyalara görə güclü antibiotiklər qəbul etdi. Heç bir həkim söz vermirdi ki, bu durumdan çıxa bilər".

Bu sözləri Cebhe.info-ya açıqlamasında Hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva deyib. O, infeksiyadan sonra O.Gülalıyevin vəziyyətinin düzəldiyini, lakin əvvəlki kimi yaxşılaşma müşahidə edilmədiyini bildirib:

"Şükür Allaha, bu durumdan çıxdı. Əvvəlcə reaksiyaları daha çox idi. Oqtay bəy artıq danışırdı, az-az yeməyə başlamışdı. İnfeksiya düşdükdən sonra reaksiyaları demək olar ki, itmişdi. Damarları belə bilinmirdi. İndi şükür Allaha, yavaş-yavaş irəliləmələr var, düzdür, reaksiyaları zəifdir, özünü tam bərpa etməyib. Bundan öncə reaksiyaları hələ də geri qayıtmayıb. Zamanla bərpa olunmalıdır. Biz onu başqa bir xəstəxanaya gətiriləndən sonra diaqnoz qoyuldu, şlank yeri dəyişildi".

O deyib ki, Oqtay Gülalıyevin dərmanları ailənin öz hesabı ilə qarşılanır:

"Dərmanları bizim öhdəmizdədir, heç nə alınmır, verilmir. Amma öncə veriləcəyi deyilmişdi. Yalnız saat 6-ya qədər tibb bacısı gəlir, 6-dan sonra öz öhdəmizdə olur. Demək olmaz ki, Oqtay bəy hasırda komadadır. Sadəcə olaraq, epilepsiyalar beyini zədələdi, yenidən sanki beyini zədə aldı. Oqtay bəydə heç bu qədər irəliləyiş olacağı gözlənilmirdi. İndi də də qəti proqnoz verilmir. Allahdan ümidimi üzmürəm".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net