Vətəndaşların NƏZƏRİNƏ: Bəzi rayonlarda iki gün qaz olmayacaq - RƏSMİ
Tarix: 25-08-2021, 13:59 | Çap et
Vətəndaşların NƏZƏRİNƏ: Bəzi rayonlarda iki gün qaz olmayacaq - RƏSMİ

25 avqust saat 15:00-dan 26 avqust tarixədək iki gün müddətində bəzi rayonlarda qaz olmayacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata əsasən, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının iki gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Abonentlərdən anlayışlı olmaları xahiş edilib.

Qeyd edilib ki, görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net