
Azərbaycan Respublikasının Əsgəran şəhərinin qanunsuz separatçı erməni “meriyası” Xankəndinə su çatdırılması üçün boş qabların toplandığını elan edib.
Moderator.az xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
"Əsgəran meriyası sabah - avqustun 13-ü səhərdən başlayaraq suyun verilmədiyi Stepanakert şəhərinə içməli su çatdırmaq üçün 5-6 litrlik boş şüşələr və ya eyni həcmdə və daha çox başqa qablar toplamağa başlayır" –deyə Əsgəran meri Hayk Şamiryan jurnalistlərə açıqlamasında bildirib” – xəbərdə belə deyilir.
Xatırladaq ki, artıq 7-ci gündür ki, Xankəndi şəhərinin təxminən 30 faizinə su verilişi dayandırılıb. Separatçı-terrorçu erməni rejimi su qıtlığına əsas iki səbəb göstərir: çayların quruması və guya müharibədən sonra Xankəndinin əhalisinin 20 faiz artaraq 75 minə çatması…

