Tanışı olan qadının maşınını qaçırdı - Bakıda
Tarix: 4-05-2015, 16:02 | Çap et
Tanışı olan qadının maşınını qaçırdı - Bakıda
Bakıda oğurluq hadisəsi baş verib.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 3-də saat 06.00-da H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı sakini Tamilla Alverdiyevaya məxsus “Leksus” markalı avtomobil tanışı, Bakı sakini Turan Məmmədli tərəfindən qaçırılıb.

Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilib və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə olan 2 nəfərdən 1-i qaçıb, digəri isə - Bakı sakini Habil Quliyev tutulub.

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olduğunu bildirib.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net