Can Azərbaycan və azərbaycanlı qardaşlarımız, Müstəqillik Gününüz mübarək olsun! Üçrəngli bayrağınla məsud yaşa!
AZƏRTAC xəbər verir ki, bu fikirlər qardaş Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Twitter”dəki paylaşımında yer alıb.
Mövlud Çavuşoğlu təbrikində Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən videoçarx da paylaşıb.

